Əlaqə Arxiv
news Image
2012.08.31
08:09
| A A A
Azərbaycanda genişzolaqlı internetin inkişafı üçün 350 milyon dollar vəsait ayrılacaq
"Bu, ölkə əhalisinin 4G texnologiyaları ilə təmin olunmasında mobil operatorların fəaliyyətini daha da genişləndirəcək"

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Azercell mobil operatorunun daxil olduğu "Telia Sonera" şirkətlər qrupunun prezidenti Lars Nyuberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazir qonaqlara Azərbaycanda İKT sektorunda həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib.

Azərbaycanda genişzolaqlı internetin inkişafı üçün 350 milyon dollar vəsait ayrılmasının nəzərdə tutulduğunu deyən Ə.Abbasov bildirib ki, bu, ölkə əhalisinin 4G texnologiyaları ilə təmin olunmasında mobil operatorların fəaliyyətini daha da genişləndirəcək.

Səmimi qarşılanma üçün minnətdarlığını bildirən Lars Nyuberq mobil operatorlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin töhfə verəcəyinə əminliyini söyəyib.

4G texnologiyaları ilə əlaqədar Azərbaycanda mobil internetə tələbatın çox sürətlə artdığını deyən nazir Azercell Telekom MMC-nin qarşısına qoyulan tələblərin öhdəsindən uğurla gəldiyini vurğulayıb, növbəti ildə mobil internetə olan tələbatın daha da yüksələcəyini nəzərə alaraq, nazir əsas mobil operatorlardan biri kimi Azercell-in bu istiqamətdə səylərinin bir qədər də artırılmasını vacib sayıb.

Sonda bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək İnternet İdarəçiliyi Forumu barədə də nümayəndə heyətinə məlumat verilib.

"Telia Sonera" şirkətlər qrupunun prezidenti xüsusi qonaq qismində foruma və BakuTel sərgi-konfransına dəvət olunub.


Sizin Reklam Yeriniz