Əlaqə Arxiv
news Image
2012.04.13
22:46
| A A A
Azərbaycanda siyasi partiya alver mənbəyinə çevrilib
“Biz şahidi olmuşuq ki, Azərbaycanda siyasi partiya parçalandıqdan sonra onun mülkiyyəti üzərində böyük davalar gedib”

Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi məsələsi zəruridir. Bu, ondan irəli gəlir ki, ölkəmizdə "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul olunub. Bu fikirləri hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov mətbuata açıqlamasında dilə gətirib. Millət vəkilinin dediyinə görə, o vaxt bir sıra partiyalar yarandı ki, onların fəaliyyət istiqaməti, yönümü, qarşılarına qoyduqları proqram aydın deyildi.

"Ona görə bu məsələnin təkmilləşməsinə ehtiyac var idi". S.Novruzov belə hesab edir ki, bu layihənin qəbulundan sonra təkmilləşdirmə işləri aparılmalıdır. "Biz şahidi olmuşuq ki, Azərbaycanda siyasi partiya alver mənbəyinə çevrilib, partiya parçalandıqdan sonra onun mülkiyyəti üzərində böyük davalar gedib sairə. Bütün bunlara rəğmən "Siyasi partiyalar haqqında" təkmil bir qanuna böyük ehtiyac var idi artıq belə bir sənəd hazırdır. Hakim partiya bu qanunla bağlı kifayət qədər təkliflərlə çıxış edib Milli Məclisdə müzakirələr zamanı təkliflərimizi bir daha səsləndirəcəyik".

Sizin Reklam Yeriniz