Əlaqə Arxiv
news Image
2012.08.31
15:55
| A A A
Ramil Səfərov Bakıya gətirildi - YENİLƏNİB
Prezident Ramil Səfərovu əazad edildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

I. 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin.

II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2012-ci il.

Macarıstanda həbsdə olan Azərbaycan zabiti Ramil Səfərov Bakıya gətirilib. Bu barədə "musavat.com" saytı məlumat yayıb. Faktı Macarıstanda həbsdə olan zabitimizin gətirilmə prosesində fəallıq göstərmiş və təşkilati işləri həyata keçirmiş iş adamı İlham Rəhimov "Yeni Müsavat"a təsdiqləyib.

Sizin Reklam Yeriniz