news Image
2012.09.03
19:21
| A A A
Bakının əsas prospektlərindən biri bağlanılıb

Bakının ən böyük və əhəmiyyətli yollarından olan və Dərnəgül yolu kimi tanınan Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bakı şəhər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, məhdudiyyət prospekt boyunca yeni yol qovşaqlarının tikintisi ilə əlaqədar tətbiq olunur.

Məlumata görə, Ziya Bünyadov prospektinə 3-cü mikrorayon dairəsi istiqamətindən və Alı Mustafayev küçələrindən hərəkət tamamilə məhdudlaşdırılıb. Bundan başqa, prospektin bəzi hissələrində avtomobillərin əsas hərəkət zolaqları bağlıdır və sürücülər köməkçi, yəni kənar yollardan istifadə edə bilərlər.
Qeyd edək ki, Ziya Bünyadov prospektində yenidənqurma işləri artıq iki ildir ki, həyata keçirilir. İşlərin 2013-cü ildə yekunlaşdırılacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs