Əlaqə Arxiv
news Image
2012.04.13
20:23
| A A A
“Görüşlər, danışıqlar olub, ancaq heç kimə söz verilməyib "Milli Kəşfiyyat İdarəsinin (MKİ) rəisi Hakan Fidan mənim və Türkiyənin sirr küpəsidir". Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Baş nazir Çin səfərinin son günündə MKİ böhranı ilə bağlı ilk dəfə açıqlama verib, bir daha Hakan Fidanı müdafiə edib. O deyib: "O, İmralıya da, Osloya da mənim göstərişim ilə gedib. MKİ ilə bağlı baş verənlərə səssiz qalmaq mümkün deyil. Hakan Fidan mənim sirr küpəmdir, Türkiyə dövlətinin sirr küpəsidir. Türkiyənin gələcəyinin sirr küpəsidir. Beynəlxalq sahədə bu vəzifəni icra edənləri casus kimi xarakterizə edirlər. Vəzifələrini dövlətin adından icra edərlər. Bu, ABŞ, Rusiya, Çin, Qərb ölkələrinin hamısında var. Terrorla mübarizədə müvəffəqiyyət qazanmalıyıq. Bunun üçün bəzi məlumatlar əldə etməliyik. Qəzetlərdə çıxan heç bir məlumat MKİ rəisi tərəfindən deyilmiş sözlər deyil, hamısı yalandır. Görüşlər, danışıqlar olub, ancaq heç kimə söz verilməyib".

Sizin Reklam Yeriniz