Əlaqə Arxiv
news Image
2012.09.05
19:04
| A A A
“146 azərbaycanlını edama təslim edib...” - VİDEO

"1945-cı ildə Azərbaycandan 146 nəfər ziyalı Stalin zülmündən qaçaraq, Araz çayı üzərindəki Boraltan körpüsünü keçib, Türkiyəyə sığınıblar. SSRİ-nin o vaxtkı rəhbəri Stalin həmin azərbaycanlıların dərhal geri qaytarılmasını istəyib". Belə bir açıqlama ilə AKP-nin parlament fraksiyasının toplantısında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qeyd edib. 


Baş nazirin dediyinə görə, həmin vaxt SSRİ-dən sərhəd məntəqəsinə telefon açılaraq, sərhədi keçənlərin dərhal geri qaytarılması tələb edilib. Vəziyyətin gərginləşdiyini görən hakim Cümhuriyyət Xalq Partiyası (CHP) sərhəd məntəqəsinə gələnlərin geri qaytarılmasını tapşırıb. Azərbaycan ziyalıları sərhəddə "bizi düşmənə təhvil verməyin, öldürəcəksinizsə siz öldürün, qardaşlarımız öldürsün" – deyə haray çəksələr də, Ankaranın ürəyi yumşalmayıb. 

Nəticədə dərhal SSRİ-yə təhvil verilən 146 azərbaycanlı elə oradaca əl-ayaqları bağlanaraq, türk sərhədçilərin gözü qarşısında gülləyə düzülərək, qətlə yetirilir. Ərdoğan, bu əhvalatın bir ağıya döndüyünü deyib və şeir parçasını da səsləndirib: 

Boraltan bir körpüdür, aşar keçər Arazı,
Yusan Araz suyuyla, getməz üzün qarası.
Düşmən gözlər qarşıda, önünə qatdı məni,
Can alınan bazarda qardaşım satdı məni.
Dönüb səsləndim geri, mərhəmətsiz birinə,
Məni siz vursaydınız, bu kafirin yerinə... 


Baş nazir deyib ki, bu hadisənin şahidi olan Türkiyə sərhəd məntəqəsinin rəisi evinə döndükdən sonra dözə bilməyərək, intihar edib...





Sizin Reklam Yeriniz