news Image
2012.09.07
17:34
| A A A
Baş Prokurorluq açıqlama verdi

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində son günlər baş vermiş ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücülər müəyyən edilərək istintaqa cəlb olunublar.

Avqustun 12-də saat 22 radələrində Bakı-Mərdəkan avtomobil yolunun Qala qəsəbəsi istiqamətindəki yol ayrıcının qarşısında Bakı şəhəri istiqamətində hərəkətdə olan naməlum avtomaşının sürücüsü yolu keçən piyada Samirə Səfərovanı və onun əri Bəxtiyar Babayevi vuraraq hadisə yerindən qaçıb. S. Səfərova və B. Babayev xəstəxanaya yerləşdirilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq B. Babayev aldığı xəsarətlərdən xəstəxanada ölüb. Fakta görə Xəzər RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxsin "Hunday Sonata" markalı "10-SC-056" dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən sürücü İmanov Hüseyn Rzaqulu oğlu olması müəyyən edilib və o, sentyabrın 6-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Bundan başqa, sentyabrın 1-də saat 00:05 radələrində Bakı şəhəri, Azadlıq prospektində yerləşən "Lukoyl" yanacaq doldurma məntəqəsinin qarşısında naməlum avtomaşının sürücüsü yol hərəkəti qaydalarını pozaraq Türkiyə Respublikasının vətəndaşı, Dönmez Alp Kaan Mustafa oğlunu vurub hadisə yerindən qaçıb və zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta görə Binəqədi RPİ İŞ-də Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanılıb. Həmin cinayət işi üzrə də aparılan təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini "Mersedes" markalı "10-GV-744" dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş Vəliyev Hafiz Adıgözəl oğlunun törətməsi müəyyən edilib və o, sentyabrın 6-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

Hazırda hər iki cinayət işi üzrə istintaq davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs