news Image
2012.09.10
17:22
| A A A
Alman gənc QHT-nin əməkdaşı oldu

Movqe.Az xəbər verir ki, bu gün Gənclər üçün Təhsil Mərkəzinin heyətində yeni dəyişiklik baş verib. Belə ki, Almaniya vətəndaşı olan Tim Sternkopf Mərkəzin maliyyə axtarışı bölməsinə rəhbərlik etməyə başlayıb.

Avropa Könüllü Xidməti çərçivəsində Azərbaycana gələn əcnəbinin əsas funksiyası Mərkəzin müxtəlif layihə və proqramlarının hazırlanmasında, onlar üçün maliyyə axtarışının həyata keçirilməsində və icrası zamanı praktik məsləhətlərin verilməsində iştirak etməkdən ibarətdir. Tim Sternkopf 9 ay müddətində Mərkəzdə fəaliyyət göstərəcək.

Mərkəzdən verilən məlumata görə bundan sonra müxtəlif Avropa ölkələrindən olan gənclərin bu formatda Azərbaycanda praktiki olaraq fəaliyyət göstərməsi üçün şərait yaradılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs