news Image
2012.09.10
19:20
| A A A
Azərbaycanda prezident seçkilərinin günü məlum olub
Azərbaycanda 2013-cü il prezident seçkiləri oktyabrın 16-da keçiriləcək.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə elan edilir.
Seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən gec 2 gün müddətində dərc edilməlidir.
2013-cü ilin əvvəlindən başlayaraq prezident seçkisi ilə əlaqədar MSK tərəfindən ənənəvi kursların keçirilməsinə başlanacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs