news Image
2012.09.12
07:40
| A A A
Mobil telefonların qaçaqmalçılığı artıb
"Qaçaqmal olan mobil telefonlar Gürcüstandan, Çindən və BƏƏ-dən gətirilir"

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə daxilolmaların proqnozunu 100,4 faiz yerinə yetirib. Bu barədə komitənin sədri Aydın Əliyev jurnalistlərə bildirib. "Səkkiz ay ərzində DGK dövlət büdcəsinə gömrük rüsumu və vergilərinin yığımı hesabına 770 milyon proqnoza qarşı 773 milyon manat vəsait ödəyib", - Əliyev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd edilən mallar arasında mobil telefonlar üstünlük təşkil edir.

"Əgər əvvəllər tütün məhsulları və alkoqollu içkilər çoxluq təşkil edirdisə, indi mobil telefonlar üstünlük təşkil edir. Qaçaqmal olan mobil telefonlar Gürcüstandan, Çindən və BƏƏ-dən gətirilir", - Əliyev qeyd edib. Onun sözlərinə görə, hüquqpozanlar gömrük sənədləşdirməsindən qaçmağa və gömrük vergilərinin ödənilməsindən yayınmağa çalışırlar. 2011-ci ildə DGK xətti ilə daxilolmaların 1,14 milyard manat məbləğində proqnozu yerinə yetirilib. 2012-ci il üzrə proqnoz 1,2 milyard manat təşkil edir.

Aydın Əliyev yaxın vaxtlarda Füzuli rayonu ərazisində Azərbaycan-İran gömrük məntəqəsinin açılacağı ilə bağlı məlumatları təkzib edib. Son vaxtlar belə məlumatlar İran mətbuatında yayılıb. DGK sədri Azərbaycan bu məsələni dəfələrlə qaldırsa da, heç vaxt müsbət cavab ala bilməyib: "Və bu gün də bununla bağlı hər hansı rəsmi məlumat bizə daxil olmayıb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs