Əlaqə Arxiv
news Image
2012.09.12
08:58
| A A A
Müxalifətin uğursuzluğu dərinləşir
“Birmənalı şəkildə demək olar ki, bu gün müxalifət düşərgəsini təmsil edən qüvvələrin heç birinin siyasi gücü yoxdur ”

"Siyasi prosesləri izləyən ekspertlərin bu fikirdədir ki, müxalifətin qüvvələrinin yaratdığı qurumların heç bir dayanaqlı və uzun müddətli deyil. Çünki həmin qurumları yaradan partiyaların özlərinin arasında çox fikir ayrılıqları və ziddiyyətli var. Məhz həmin ziddiyyətlər müxalifətdə yaradılan birliklərin davamlı olmasına mane olur. Müxalifət təmsilçilərinin növbəti dəfə yaratdıqları qurumların da əvvəlkilərin taleyini yaşamalı olacaq". Bu fikirləri SİA-ya müsahibəsində "Yurddaş" partiyasının sədri Mais Səfərli səsləndirib: "Demək olar ki, hər zaman müxalifət daxilində ziddiyyətlər qurumların yaradılması zamanı baş verir. Çünki belə birliklər yaradılan zaman müxalifətin "vahid namizəd" məsələsi ortaya çıxır. Yəni, müxalifət düşərgəsində ayrı-ayrı bloklarının, qurumlarının yaradılması nəticə etibarı ilə yaradılan həmin qurumlarda mövcud bir fikrin olmaması çox keçmir ki, parçalanaraq dağılmasına səbəb olur".

Onun sözlərinə görə, təbii ki, müxalifətdə ayrı-ayrı partiyaların müxtəlif qurumlarda birləşməsi onların "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlməsində çox ciddi problemlər yaradacaqdır: "İnandırıcı deyil ki, müxalifət "vahid namizəd" məsələsini həll edə bilsin. Hər zaman müxalifəti təmsil edən qüvvələr bu cür məsələlərə əl atsalar da nəticədə müsbətə doğru heç nəyə nail ola bilməyiblər. Bir məsəl var ki, "güc birlikdədir". Əgər müxalifət qüvvələri arasında birlik yoxdursa, gücdə olan deyil. Birmənalı şəkildə demək olar ki, bu gün müxalifət düşərgəsini təmsil edən qüvvələrin heç birinin siyasi gücü yoxdur ki, nə isə bir iş görərək nə isə nail ola bilsinlər. Onların bu cür vəziyyətə düşməsinin də səbəbi xalq tərəfindən heç bir dəstəyə malik olmamalarıdır".
Sizin Reklam Yeriniz