Əlaqə Arxiv
news Image
2012.09.12
19:01
| A A A
Pakistan həmişə Azərbaycana Qarabağ məsələsində böyük dəstək verib
İnayat Ullah Kakar: “Iqtisadiyyat və mədəniyyət sahəsində nümayəndə heyətlərinin mübadiləsi vacibdir”

"Pakistan həmişə Azərbaycana Qarabağ məsələsində böyük dəstək verib. Bu ilin fevralında Pakistan senatı Xocalı faciəsini yekdilliklə genosid kimi tanıyan qətnamə qəbul edib. Pakistan bunu edən yeganə müsəlman ölkəsidir. Hətta Prezident zati-aliləri Cənab İlham Əliyev də Pakistanın bu mövqeyini yüksək qiymətləndirmişdi". Bu fikirləri Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının "Qadın klubu"nun qonağı olan Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakar səsləndirib: "Biz Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyi və beynəlxalq hüquq normalarını pozduğu üçün bir dövlət kimi tanımırıq. Şübhə yoxdur ki, bizim çox yüksək səviyyədə siyasi əlaqələrimiz var. Amma təəssüf ki, iqtisadi və mədəni əlaqələrimiz bu səviyyədə deyil. Bizim ötən ildəki ticari dövriyyəmiz sadəcə 3 milyon dollar olub. Mədəni mübadilə çox cüzidir. Əlbəttə ki, bu qaneedici deyil. İqtisadi və mədəni əlaqələri siyasi əlaqələr səviyyəsinə çatdırmaq üçün çox əmək sərf etmək lazımdır. Bunun bir neçə səbəbi var : əvvala hər iki ölkə arasında coğrafi məsafə çox böyükdür və dil fərqi var. Ən önəmli isə hava relslərinin olmamasıdır. Amma çalışırıq ki, bu relsləri yenidən bərpa edək. Həmçinin hər iki ölkənin iş adamları ticarət sahəsindəki potensialları barəsində məlumatsızdırlar. Bu situasiyanı düzəltmək üçün tez-tez iqtisadiyyat və mədəniyyət sahəsində nümayəndə heyətlərinin mübadiləsi vacibdir".

Sizin Reklam Yeriniz