news Image
2012.09.13
07:10
| A A A
İKT İnkişaf Fondu yaxın vaxtlarda fəaliyyətə başlayacaq
Elmir Vəlizadə: "Özəl sektor informasiya təhlükəsizliyinə böyük diqqət ayırmalıdır"

İKT İnkişaf Fondu artıq yaradılıb və hazırda onun əsasnaməsi üzərində iş gedir. Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Fondu yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bu barədə Azərbaycan informasiya və kommunikasiya texnologiyaları naziri Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, İKT İnkişaf Fondu artıq yaradılıb və hazırda onun əsasnaməsi üzərində iş gedir. Əsasnamənin təsdiqlənməsindən sonra Fond fəaliyyətə başlayacaq. Prezident İlham Əliyev martın 15-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin balansında Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması barədə fərman imzalayıb.

Elmir Vəlizadə deyib ki, Azərbaycanda dövlət qurumlarının informasiya resurslarına dair təsdiq edilən qaydalar bir növ özəl sektora və ictimai təşkilatlara informasiya təhlükəsizliyi sistemlərinin təşkilinə böyük diqqət ayırmaq yönündə çağırışdır. Onun sözlərinə görə, təəssüf ki, haker hücumları ilə bağlı mənfi faktorlar tez-tez baş verir, müvafiq orqanlar və informasiya resursları sahiblərinin özləri bundan nəticə çıxarmalıdırlar.

"Söhbət indiki halda informasiya resurslarının təşkilinə kompleks yanaşmadan gedir. Bura təşkilati proseslərdən tutmuş, resursun yaranması dövründən onun texniki və texnoloji məsələlərinin dəstəyinədək olan məsələlər daxildir. Təbii ki, bu istiqamətdə müəyyən tapşırıqlar dövlət orqanlarının payına düşür, lakin çox şey internet resurslarının sahiblərindən asılıdır", - Vəlizadə qeyd edib.

Onun sözlərinə görə, resursun yaradılması zamanı onun texniki parametrlərini formalaşdırmaq, ardından müdafiəni təşkil etmək, davamlılığını yoxlamaq lazımdır. Bu prosesdə insan faktoru heç də az rol oynamır. Burada söhbət işçi heyətinin şərti çıxış sistemlərinə münasibətindən, parolların qorunmasından və s.-dən gedir. Bütün bu məqamların uçotu informasiya resurslarının müdafiəsi səviyyəsinin yüksəlməsinə təsir edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs