Əlaqə Arxiv
news Image
2012.09.13
13:51
| A A A
Paytaxtın iki məktəbinin taleyi məlum oldu
Zəminə Əliqızı: “287 saylı məktəblə 88 saylı məktəbin yeri dəyişdiriləcək”

"Bakının 287 saylı "Zəkalar" liseyi ilə 88 saylı orta məktəbin yeri dəyişdiriləcək. Bununla bağlı əmr qüvvədədir". Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Sektor müdirinin sözlərinə görə, buna səbəb 360 yerlik binada 1150 şagirdin təhsil almasıdır: "Bildiyiniz kimi, "Zəkalar" liseyində 1000-dən artıq şagird təhsil alsa da, məktəbin yerləşdiyi bina cəmi 360 yerlikdir. Bundan fərqli olaraq, 88 saylı məktəbdə 360 şagird olsa da, məktəbin tutumu 1176 nəfərdir. Bu məqsədlə qeyd olunan məktəblərin yeri dəyişdiriləcək".

Z. Əliqızı onu da vurğulayıb ki, hazırda hər iki məktəbdə təmir işləri gedir. "Mən onu da qeyd edib ki, 287 saylı "Zəkalar" liseyi paytaxtın ən güclü təhsil müəssislərindəndir" -deyə, sektor müdiri əlavə edib.

Sizin Reklam Yeriniz