Əlaqə Arxiv
news Image
2012.09.14
08:05
| A A A
Terror Ermənistanın dövlət siyasətidir
“Erməni terror təşkilatlarının səfirliklərimizə qarşı təhdidlərini nəzərə alaraq, bütün lazımi təhlükəsizlik tədbirləri görürük” "Ermənilər, onların lobbi təşkilatları, o cümlədən keçmişdə ciddi terror hadisələri törətmiş ASALA tipli terror təşkilatlarının beynəlxalq aləmdə Azərbaycana qarşı qisasçılıq hərəkətləri, yaxud da digər terror hadisələri planlaşdırdığı barədə məlumatlar sızır. Bu məlumatlar bizə də daxil olub". Bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. O, artıq Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən səfirliklərinə, xaricdə yaşayan azərbaycanlılara qarşı təhdidlərin olduğunu deyib: "Bu təhdidləri nəzərə alaraq bütün lazımi təhlükəsizlik tədbirləri görürük. Amma bir şeyi əvvəldən bütün dünyaya bəyan edirik ki, bu, təkcə erməni terror təşkilatlarının və yaxud da ayrı-ayrı erməni lobbi təşkilatlarının siyasəti deyil. Bu, Ermənistanın dövlət siyasətidir".
Sizin Reklam Yeriniz