Əlaqə Arxiv
news Image
2012.09.17
12:42
| A A A
Bakıda istifadəyə verilmiş küçə və prospektlər -SİYAHI

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində təmirdən sonra istifadəyə verilmiş küçə və prospektlərin siyahısını açıqlayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Neftçilər prospektinin Puşkin küçəsi kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər (Dəniz limanının qarşısı) təmir işlərinin aparılması ilə əlaqədar tamamilə bağlanılan hissəsi istifadəyə verilib.
Bundan başqa, bir müddət öncə bağlanmış K.Səfərəliyeva, Rixard Zorge və A. Cəlilov küçələri açılıb, Ü.Hacıbəyov küçələrində və Z. Əliyeva prospektində bir istiqamətli hərəkət bərpa edilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Sizin Reklam Yeriniz