Əlaqə Arxiv
news Image
2012.04.13
15:48
| A A A
Şimali Koreyanın raket sınağı uğursuzluğa düçar olub
Mövqe.az xəbər verir ki, Beynəlxalq ictimaiyyətdən gələn çoxsaylı tənqidlərə qulaq asmayan Şimali Koreya neçə aydır ki üzərində çalışdığı uzun mənzilli mərmini atıb.
Amerikalı və Cənubi Koreyalı rəsmilər roket əməliyyatının müvəffəqiyyətsiz olduğunu, mərminin atdıqdan bir neçə dəqiqə sonra dənizə düşdüyünü deyib.. Şimali Koreya isə hələlik hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Pxenyan sözügedən roket sınağı vasitəsilə dünya orbitinə müşahidə peykini tanıtmaq istədiyini vurğulayıb.
Amerika Birləşmiş Ştatları, Yaponiya və Cənubi Koreyanın da aralarında olduğu bir çox ölkə uzun mənzilli raket sınağının Birləşmiş Millətlər Təşkilatının qərarlarının pozunlması mənasını ifadə etdiyini bildirərək Pxenyan rəhbərliyindən bu plandan imtina etməsini istəyib.


Əfqanə Məzahirqızı


Sizin Reklam Yeriniz