news Image
2012.04.13
21:47
| A A A
Yunanıstanda iqtidaryönlü partiyaları seçki qorxusu bürüyüb
Mövqe.az xəbər verir ki, Borc böhranı ilə mübarizə aparan Yunanıstanda 6 may taixində keçiriləcək seçkilərdə uğursuzluğa düçar olması düşünülən kəslər hazırda hamıya aydındır.
Qənaət paketlərini tətbiq edən koalisiya ortaqları sorğularda səs itirməyə davam edir. Iqtidardakı mühafizəkar Yeni Demokratiya Partiyası və sosialist PASOK-un seçkilərdə mütləq əksəriyyətin razılığını alması qeyri-mümkün görünür.
Xilasetmə paketlərinin təhlükədə olması və ölkənin iflasa düşməsindən narahat olan baş nazir Lucas Papadimos xalqa sandığa getmələri istiqamətində təsir edib.
Ancaq Yunan seçicilərinin buna cavabı çox qəti olub: "Dəqiqliklə səs verəcəyəm. Hansı partiyaya səs verəcəyimi bilmirəm amma gümanki kiçik partiyalardan birini seçəcəm."
"Sandıqdan mütləq əksəriyyətin razılığına sahib bir partiya çıxsa yaxşı olar .Davamlı olaraq seçkiyə getmək istəmirəm."
"İktidaryönlü partiyalar etibarımızı tamamilə itirib. Birmənalı olaraq kiçik partiyalara səs verəcəm."
Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu BVF-nin maliyyə yardımını alan Yunanıstanda işsizlik rəqəmləri getgedə artmaqdadır..
Bəzən ictimai parlayışların olduğu ölkədə işsizlik nisbəti 22%-ə qədər yüksəlib.
Əfqanə Məzahirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs