Araz Əzimov ATƏT-in Minsk Qrupu həmsədrlərini tənqid edib
Azərbaycan xarici işlər nazirinin müavini: "Məgər ermənilər münaqişənin həll olunacağına dair bizə hansısa ümid vermişdilər?"
"Kimsə bəhanə axtarırdı, indi "Ramil Səfərov məsələsi"ndən axtarıb
bəhanə tapıblar. Guya Ramil Səfərov azadlığa buraxılmazdan əvvəl
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa inkişaf
olmuşdu? Məgər ermənilər münaqişənin həll olunacağına dair bizə
hansısa ümid vermişdilər?". Bunu Azərbaycan xarici işlər nazirinin
müavini Araz Əzimov azərbaycanlı zabit Ramil Səfərovun təhvil
verilməsi və əfv olunması ətrafında yaranmış vəziyyəti
jurnalistlərə şərh edərkən deyib.
Araz Əzimov ATƏT-in Minsk Qrupu həmsədrlərini bu məsələdə tutduğu mövqeyə görə tənqid edib. Onun sözlərinə görə, həmsədrlər bəlkə də bu vəziyyətdən sui-istifadə edirlər: "Çünki həm Ermənistan, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri "Ramil Səfərov məsələsi"ni çox mənfi dəyərləndiriblər. Həmsədrlər yaydıqları bəyanatda belə bir ifadə işlədiblər ki, bu məsələdən sonra münaqişənin sülh yolu ilə nizamlanması prosesi çətinləşəcək. Amma sizə deyirəm, bu prosesdə "Ramil Səfərov məsələsi"ndən əvvəl də heç bir inkişaf olmayıb və ermənilər həmişə danışıqlar prosesində mənfi mövqe tutublar. Həmsədrlər isə yalnız vaxt qazanıblar, ora gedib, bura gəliblər, amma, sözün düzü ciddi iş aparmayıblar".