Azərbaycan, Gürcüstan və Türkiyə hərbçiləri birgə təlimdə
Bu gün Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin
iştirakı ilə "Sonsuzluq 2012" (Eternity-2012) komanda qərargah
təlimləri başlayıb.
APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, sentyabrın 28-dək davam edəcək komanda qərargah təlimi Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığında keçirilir. Təlimə Türkiyədən 19 (2-si BOTAŞ-ın nümayəndəsi olmaqla) nəfər qatılacaq.
İldə bir dəfə, hər dəfə bir ölkədə keçirilən kompüter dəstəkli "Sonsuzluq" təlimləri əsas ixrac neft və qaz kəmərlərinin mühafizəsi məqsədini daşıyır. Təlimə Silahlı Qüvvələrlə yanaşı, hər üç ölkədən boru kəmərlərinin mühafizəsi və idarəetməsi ilə məşğul olan digər qurumların nümayəndələri də qatılır.