news Image
2012.09.26
19:17
| A A A
“Status-kvonun dəyişməsi vacibdir...”
Ramil Usubov Paskal Mönyeni qəbul edib

Bu gün daxili işlər naziri Ramil Usubov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ramil Usubov Azərbaycana səfir təyin olunması münasibəti ilə Paskal Mönyeni təbrik edib, ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Ramil Usubov hüquq-mühafizə fəaliyyətinə dair yeni qanunvericiliyin işlənib hazırlanmasında Avropa Şurasının ekspertləri kimi Fransa Daxili İşlər Nazirliyinin nümayəndələrinin də yaxından iştirak etdiyini bildirib. Daxili işlər naziri kriminogen durumla da bağlı məlumat verib, ölkəmizdə təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərdən danışıb. Onun sözlərinə görə, ölkələrimiz arasında əlaqələrin böyük tarixə malikdir, strateji xarakter daşıyır. Ramil Usubov fransız şirkətlərinin iqtisadiyyatımıza xeyli sərmayə yatırdığını, dövlət başçısı İlham Əliyevin bu yaxınlarda Fransaya işgüzar səfərindən sonra dostluq və tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Paskal Mönye Fransanın regionda təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu söyləyib. Azərbaycanın Fransadakı səfirliyinin Xocalı soyqırımına həsr etdiyi tədbirdə iştirak etdiyini xatırladan Paskal Mönye Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun heç kimin marağında olmadığını qeyd edib. Status-kvonun dəyişməsinin vacib olduğunu vurğulayan Paskal Mönye fəaliyyəti dövründə bu problemin həlli və ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini dilə gətirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs