Əlaqə Arxiv
news Image
2012.09.28
12:13
| A A A
Metropolitendən rəsmi açıqlama gəldi

Bu gün saat 6:44-də "Azərenerji" sitemində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilməsi kəsildiyindən Bakı Metropoliteninin də fəaliyyəti məcburi dayanıb.

Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, həmin vaxt Bakı metropolitenin tunellərində qalan sərnişinlər təhlükəsizlik qaydalarına müvafiq surətdə tunel və stansiyalardan təxliyyə olunublar.

Hadisə nəticəsində heç bir sərnişinin xəsarət almayıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra saat 7:50-dən hissə-hissə gərginliyin verilməsinə başlanıb. 9:30-da qatarların fəaliyyətini bərpa etmək üçün təmas xəttinə tələb olunan gərginlik verildikdən sonra qatarların hərəkəti 9:45-də bərpa olunub, sərnişinlər stansiyalara buraxılıblar.

Azərbaycanın enerji sistemində yaranan problemlər nəticəsində fəaliyyətini dayandıran Bakı Metropoliteni artıq işini bərpa edib.

Bu barədə "APA-ECONOMICS"ə metropolitenin dispetçer xidmətindən bildirilib. 

Xidmətdən verilən məlumata görə, artıq saat 09:30-dan etibarən metronun bütün stansiyalarında iş bərpa olunub. 

Xatırladaq ki, bu gecə Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyasının ildırım vurması nəticəsində respublikanın bəzi ərazilərinin, o cümlədən Bakının enerji təminatında problemlər yaranıb.

Sizin Reklam Yeriniz