news Image
2012.09.28
15:48
| A A A
Nazirlər Kabineti yeni qaqaydaları təsdiqlədi

Azərbaycan Nazirlər Kabineti "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalar bütün çağırışçı və hərbi vəzifəli şəxslərin müəyyən olunmuş qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınmasını müəyyən edir.

Qaydalara əsasən, hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalı, yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər.

Sənəddə bu qaydaların icrası ilə bağlı digər dövlət qurumlarının hüquq və vəzifələri də əksini tapıb.

Qaydalara görə, tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olan və ya əlil sayılan bütün çağırışçılar və hərbi vəzifəlilər barədə onların hərbi qeydiyyatda olduğu SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər. Bundan başqa, çağırışçılar və hərbi vəzifəlilər iş yerlərində və təhsillərində olan dəyişikliklər barədə hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrini məlumatlandırmalıdırlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs