Cinayətkar xəstəxanaya göndərilib
Movqe.Az xəbər verir ki, Almaniyanın Bremen
şəhərində iki binaya atəş açaraq yanğın törədən 22 yaşlı alman
gəncin ruhi xəstəxanaya aparıldığı bildirilib.
Bremen polisindən gələn məlumata əsasən, hadisədən sonra nəzarət altına alınan alman vətəndaşın əqli cəhətdən qüsurlu olduğu və əvvəllər də buna bənzər hadisələr törətdiyi bildirilib. Bu səbəbdən, onu ruhi xəstəxanaya göndəriblər. Yanğın nəticəsində çoxu uşaq olmaqla 30 adam xəstəxanaya aparılıb, təxminən 100 min avroluq maddi zərər meydana gəlib.