news Image
2012.10.01
16:25
| A A A
Əfqanıstanda daha bir silahlı hücum baş verib
Movqe.Az bildirir ki, Əfqanıstanın şərqində baş verən silahlı hücumda, 3-ü NATO əsgəri olmaqla 14 adam həlak olub.

Rəsmilər, Host əyalətində bir terror təşkilatı üzvünün partlayıcı yüklü motosikletlə əfqan və NATO əsgərlərindən ibarət olan patrulun arasına hücum etdiyini söyləyiblər. Hücumda, NATO əsgərlərinin yanında 6 mülki və 4 əfqan polisin həlak olduğu və çox sayda əfqan vətəndaşının da yaralandığı söylənilib. Host şəhəri xəstəxanasından verilən məlumata görə, yaralananlar müalicə olunur. Hücumu Taliban boynuna götürüb. Beynəlxalq Təhlükəsizlik və Dəstək Gücü təşkilatının üzvü Adam Uocak 3 NATO əsgəri və tərcüməçinin öldüyünü təsdiqləyib, amma hücumun yeri və ölən əsgərlərin milliyyəti haqqında məlumat verməyib.