Əlaqə Arxiv
news Image
2012.10.01
18:02
| A A A
Suriyada qarşıdurmalar davam edir
Movqe.az xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsədin böyüdüyü Kardaha kəndində rejim əleyhinə nümayişlər təşkil etdiyi iddia edilib. 1970-ci ildə hərbi çevrilişlə iqtidarı ələ alan Hafiz Əsədin doğulduğu Kardaha kəndindəki nümayişlərə Şebbiha qoşunlarının müdaxilə etdiyi bildirilib. Suriyalı yazıçı Samar Yazbek ictimai media vasitəsilə Yazbek ailəsindən 5 nəfərin Əsəd qüvvələri tərəfindən öldürülməsi səbəbindən Kardahada rejimi protesto edən nümayişlərin təşkil edildiyini irəli sürüb. Kardahada həmçinin Osman, Abbud , Hayyir və Əsəd tayfası arasında qarşıdurmaların davam etdiyi deyilib. Xatırladaq ki, qadın hüquqları aktivisti Yazbek ötən il müxaliflərə dəstək verdiyi üçün nəzarətə alınmış, bir müddət sonra ölkə xaricinə çıxmaq məcburiyyətində qalmışdı.



Sizin Reklam Yeriniz