news Image
2012.10.02
10:14
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında oktyabrın 02-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 17-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə oktyabrın 02-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara görə isə biometeoroloji amillərin normal sutkalıq gedişi, o cümlədən temperatur rejiminin oktyabr ayı üçün bir qədər yüksək olması meteohəssas insanlar üçün əlverişlidir.