İran təyyarəsi yoxlanıldı
Movqe.Az bildirir ki, İraq Mülki Aviasiya
İdarəsi, dünən (2 oktyabr) İraq hava sahəsindən keçərək Suriyaya
uçan İran təyyarəsini dayandıraraq yoxlayıb. Təyyarədə silah və
başqa qaçaq malların olmadığı aydın olandan sonra təyyarənin yola
davam etməsinə icazə verilib. İraq Dövlət Televiziyasının
yayımladığı xəbərə görə, Tehrandan Şama gedən İran yük təyyarəsi
Bağdad Beynəlxalq Hava Limanına endirilib. İraq təhlükəsizlik
heyəti təyyarəni yoxlayıb. Amma bəzi qərb ölkələri və qərb mediası,
İran təyyarələrinin İraq hava sahəsindən istifadə edərək Suriyaya
silah daşımasına icazə verməsi səbəbiylə İraqı günahlandırırlar.
İraq hökuməti isə İran təyyarələrinin yardım vəsaiti daşıdığını
iddia edir.