news Image
2012.10.04
14:50
| A A A
Kompüter piratları hökumət saytlarına hücum edib


Movqe.az xəbər verir ki, kompüter piratlarının İsveç hökumətinə aid ən az 2 internet saytına hücumu aşkarlanıb.Təhlükəsizlik səlahiyyətliləri, zərər görən saytlardan birinin "xidmət xarici" buraxıldığını, digərinə isə təhqir məzmunlu mesajlar yazıldığını söyləyib.

Rəsmilər hücumların mərkəzi Stokholmda olan və əməliyyat sistemləri istehsal edən kompüter şirkətinə bir neçə gün əvvəl edilən polis axtarış-əməliyyatından sonra təşkil olunduğunu, əməliyyatdan sonra, "Anonymous" adlı pirat qrupunun ictimai paylaşım saytına İsveçli nüfuzları xəbərdar edən video yüklədiklərini ifadə edib.Polis spikeri Anders Ahlqvist piratların hücumuna məruz qalan İsveç İnzibati Məhkəməsi ,Milli Sağlamlıq və Rifah Məclisinin internet saytlarının düzəldilərək yenidən istifadəyə yararlı hala gətirildiyini bildirib.