news Image
2012.10.04
17:20
| A A A
Ceki Canın sözü yaponların xoşuna gəlmədi
Movqe.Az bildirir ki, Məşhur film ulduzu Ceki Can, Yaponiya ilə Çin arasında gərginliyə səbəb olan adalar məsələsində Pekinə dəstək verib.

Tayvanda çəkilişləri davam edən filmi zamanı jurnalistlərə müsahibə verən çinli ulduz, "Adalar qətiliklə Çinə aiddir. Amma mənim nə düşündüyüm elə də əhəmiyyət kəsb etmir. Problemi həll etmək dövlətlərin işidir. Kaş "Superman" ola biləydim və adaları Çinə doğru yaxınlaşdırardım.", sözlərini deyib.

Adalarda film çəkəcəyi haqqında verilən suallara isə o, mövzunun həssas olduğunu, belə bir şey düşünmədiyini söyləyib. Tokionun Senkaku, Çinin isə Diaoyu deyə adlandırdığı adalar, iki ölkə arasındakı gərginliyi artırıb. 

İki ölkə arasında problemin həll olunması üçün danışıqlar davam edir. Adalar, təbii qaynaqlar və balıqçılıq baxımından zəngin bir bölgədə yerləşir.