Əlaqə Arxiv
news Image
2012.10.05
12:02
| A A A
İstanbulda etirazlar gücləndi

Movqe.az xəbər verir ki, sosial şəbəklərdə və "Twitter"də "döyüşə yox" başlığı altında bir araya gələn qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların üzvlərindən ibarət təxminən 5 min adam Taksimdə Ədalət və İnkişaf Partiyasına və ABŞ-a etiraz edib.

Suriya Ordusunun Ağçaqalaya düşən mermisinin 5 adamı öldürməsi və Türkiyənin Suriyaya cavabı, həmçinin Türkiyə Milli Məclisinin qərarı sosial şəbəklərdə vətəndaşların reaksiyasına səbəb olub.

Etirazçılar baş nazir Tayyib Ərdoğan, ABŞ və Ədalət və İnkişaf Partiyası, Milli Məclisdə Suriya ilə bağlı qərarı dəstəkləyənlər əleyhinə şüarlar səsləndirib. "Suriya ilə döyüş gənclərin ölümünə səbəb olacaq" kimi çıxışlar ediblər. Meydana toplaşan etirazçılara vətəndaşlar alqışlarla dəstək olublar.  

Sizin Reklam Yeriniz