Əlaqə Arxiv
news Image
2012.10.05
14:05
| A A A
60-dan çox məhkum həbsxanadan qaçdı
Movqe.Az xəbər verir ki, Qərbi Afrika ölkələrindən Liberiyada 60-dan çox məhkumun həbsxanadan qaçdığı bildirilib. Rəsmilər, Fil dişi sahilinin sərhədinə yaxın Zvedru şəhərindəki həbsxanadan çərşənbə günü gecə qaçan məhkumları tutmaq üçün həbsxana yaxınlığındakı meşəlik sahədə axtarış işlərinin davam etdiyini açıqlayıblar.
Həbsxananın yerləşdiyi bölgədə 2010 və 2011-ci illərdə Fil dişi sahilindəki şiddətli hadisələrdən qaçan on minlərlə mühacir də yaşayır.
İnsan hüquqları təşkilatları, keçmiş Fil dişi sahilinin Prezidenti Laurent Qbaqbo tərəfdarlarının son aylarda qonşu ölkə Liberiyadan hücum təşkil etdiyini söyləyirlər.
Sizin Reklam Yeriniz