Amerikadan Yaponiyaya dəstək
Movqe.Az
bildirir ki, Yaponiya ilə Çin arasında davam edən Senkaku
gərginliyində səssiz qalan ABŞ-ın 1971-ci ildə hazırladığı bir
hesabatda Tokionun adalarla əlaqədar movqeyinin daha
inandırıcı olduğunu ifadə etdiyi məlum olub.
Hesabatda, "Neft olmasaydı adalar bilinməzdi, naməlum qalardı." ifadələri yer alıb. Hesabatda yer alan bir məlumata görə, Çinin 1966-ci ildə ortaya çıxardığı sənəddə Senkaku adaları ölkə torpaqlarının xaricində göstərilib. Hesabatda, "Bu xəritə, Senkaku adalarının Çinin ölkə sərhədləri xaricində iştirak etdiyini qətiliklə göstərir." deyilib. Bundan başqa, adalar üzərində haqq iddia edən Tayvanın xəritələrində də adaların ölkə sərhədləri içində olmadığının işarə edildiyi bildirilib. Yaponiyanın cənubundakı Okinava adalarının cənub-qərbində, Tayvanın şimalında və Çinin şərqində yerləşən adalar, strateji dəniz yollarının üzərində yerləşir. Bundan əlavə, balıqçılıq və təbii qaynaqlar baxımından zəngin bir bölgədədir.