Əlaqə Arxiv
news Image
2012.10.05
15:12
| A A A
Stiv Cobsun ölümündən 1 il ötür
Movqe.az xəbər verir ki, informasiya nəhəngi "Apple"nin qurucularından, texnologiya dünyasında yeni dövr açan iPod, iPhone və iPad-in böyük müvəffəqiyyətinin arxasındakı ad Stiv Cobs  bir il əvvəl dünyasını dəyişib. "Apple"nin əfsanəvi icraçı direktoru 56 yaşında,5 oktyabr 2011-ci ildə pankreas xərçənginə məğlub olmuşdu.Ölümü bütün dünyada kədər yaradan texnologiya dahilisi yoldaşı Stiv Vozniak ilə 1976-ci ildə evinin qarajında ​​"Apple" firmasını təsis etmişdi. 2001-ci ildə iPod məhsulu ilə başlayan Apple, əvvəl rəqəmsal musiqi bazarını, sonra iPhonevasitəsilə mobil telefon bazarını öz təsiri altına aldı. Apple "iPad "nən tablet kompüter sahəsində sanki bir inqilab etdi. Son illərdə birjada hissələri gedərək dəyər qazanan "Apple"nin bu gün ümumi dəyəri 600 milyard dolları keçib.
Sizin Reklam Yeriniz