news Image
2012.10.05
15:00
| A A A
Suriyada ölənlərin sayı 103-ə çatıb
Movqe.Az bildirir ki, Suriyada Əsəd birliklərinin rəhbərlik əleyhdarlarının sıx olduğu şəhərlərə ağır silahlarla təşkil edilən əməliyyatlarda ölü sayının 103-ə çatdığı bildirilib. İngiltərə mərkəzli Suriya İnsan Haqqları Təşkilatı (SİHT), təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlarda Şamda 36, Hələbdə 32, Humusda 10, Deyruz Zorda 9, Dera kəndində 7, Lazkiyədə 5 və Hama şəhərində 4 olmaqla ölkə daxilindəki əməliyyatlarda ölü sayı 103-ə çatıb.

Bu vaxt, Azad Suriya Ordusunun (ASO) Şamın Yərmuk, Cobar, Ayn Terma, Kankar və Qadisiyə bölgələrindəki hərbi idarə nöqtələrinə hücumlarda olduğunu, nizami orduya itki verdiyini və çox sayda hərbi vasitəsini məhv etdiyini yazan Şam Xəbər Şəbəkəsi, şəhərin bəzi yerlərində ASO ilə nizami qoşunlarının sıx bir şəkildə toqquşduğunu və ordunun bölgələrə uzaqdan top atəşi açdığını bildirib.