news Image
2012.10.06
14:10
| A A A
Çavez güclü rəqiblə üzləşib
Movqe.az xəbər verir ki, Venesuelanın 1999-cu ildən bu yana ölkəni idarə edən dövlət başçısı Huqo Çavezə qarşı ölkə tarixi baxımından vacib ola biləcək seçkilərə iki gün qalmış sıx mitinqlər təşkil edilir.

Çavezin qarşısına müxalifətin ortaq namizədi olaraq çıxan Henrike Kaprilesin şansı sorğularda yüksək görünür. Venesuela Məlumat Foreks İnstitutunun (IVAD) ötən ayın ilk həftəsində keçirtdiyi anketdə prezident Çavezi dəstəkləyənlərin 50,8 faiz səviyyəsində olduğunu açıqlanmışdı. Son həftələrdə edilən anketlərin nəticələrindən xalqın 46.5 faizinin Kaprilesi, 46 faizinin isə Çavezi dəstəklədiyi müəyyən olunub.13 illik iqtidarında ilk dəfə qarşısında güclü bir namizəd tapan Çavez üçün İngiltərədə yayımlanan "Independent" qəzeti "İki dəfə xərçəngi məğlub etdi, amma sonu Kapriles tərəfindən məğlub olmaqmı olacaqdı?" şərhini edib. Xatırladaq ki, 7 oktyabrda Prezident seçkisi üçün sandıq başına gedəcək 29 milyon əhalisi olan Venesuelada son prezident seçkisini Çavez 63 səslə qazanmışdı.