Əlaqə Arxiv
news Image
2012.10.08
18:20
| A A A
11 min şagird Çin çiyələyindən zəhərləndi
Movqe.Az bildirir ki, Almaniyada bir həftə əvvəl Çindən idxal edilən dondurulmuş çiyələyin paylandığı 500 məktəb və uşaq bağçasının şagirdləri xəstəxanalıq olub. Xəstə sayının on minə çatdığı epidemiyaya görə çiyələyi paylayan firma təzminat ödəyəcək.

Almaniya tarixin ən böyük sağlamlıq hadisələrindən birinə səhnə olub. Ölkənin şərq əyalətlərində son 10 gündə 11 min uşağın ishal və qızdırma kimi şikayətlərlə xəstəxanalarda müalicəyə alınmasına gətirib çıxaran epidemiyaya Çindən idxal edilən dondurulmuş çiyələyin səbəb olduğu təyin olunub. Federal İstehlakçıları Qoruma və Qida Təhlükəsizliyi Dairəsinin laboratoriyalarında aparılan araşdırmalarına görə, 500 məktəbdən əlavə körpələr evlərinə də paylanan çiyələkdə zəhərli maddələr və bakteriyalar müəyyən olunub. Çindən idxal edilən dondurulmuş çiyələkləri məktəb bufetlərinə və iş yerlərinə paylayan yemək firması "Sodexo" üzr istəyərək xəstələnən uşaqların ailələrinə təzminat ödəyəcəyini bildirib. Şirkət, qida seçimində daha ciddi qərarlar verəcəyini bildirib. "Robert Koch" İnstitutu, epidemiyanı Almaniyada indiyə qədər məlum olan qida qaynaqlı ən böyük xəstəlik dalğası olaraq xarakterizə edib. İdxal çiyələklərin məktəblərə yemək paylayan 3 böyük şirkətə satıldığı məlum olub və virusun çiyələklərə necə yayıldığı araşdırılır. Çiyələk epidemiyasında xəstəxanaya aparılan uşaqlardan 32-sinin həyatı təhlükə altındadır.

Sizin Reklam Yeriniz