Əlaqə Arxiv
news Image
2012.10.09
11:11
| A A A
Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradından 20 il ötür

Bu gün müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi ilk hərbi paraddan 20 il ötür.

APA-nın məlumatına görə, 1992-ci il oktyabrın 9-da – Azərbaycan Ordusunun yaranmasının bir illiyi münasibəti ilə Bakı şəhərində hərbi parad keçirilib. Paradı dövrün müdafiə naziri Rəhim Qazıyev qəbul edib. Şəxsi heyət qarşısında isə sabiq prezident Əbülfəz Elçibəy çıxış edib.

Paradda o dövrdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan məhdud sayda hərbi texnikalar nümayiş etdirilib. Tədbirin sonunda vertolyotlardan "Azadlıq" meydanına paraşütlə əsgərlər atılıb.

Xatırladaq ki, bu paraddan sonra, 2008-ci ilədək Azərbaycanda Silahlı Qüvvələrin hərbi paradı keçirilməyib. 2008-ci ildə "Azadlıq" meydanında Silahlı Qüvvələrin ikinci, 2011-ci ildə isə üçüncü paradı keçirilib. Sonuncu hərbi parad keçid edən şəxsi heyətin say çoxluğu, təchizatı, eləcə də hərbi texnikaların çeşidlərinin çoxluğu və müasirliyi ilə yadda qalıb.

Sizin Reklam Yeriniz