news Image
2012.10.09
16:07
| A A A
Sabah Azərbaycan ərazisində yağmurlu hava proqnozlaşdırılır
Azərbaycanda oktyabrın 10-na gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında oktyabrın 10-da bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.