news Image
2012.10.09
17:00
| A A A
Partlayış olub
Movqe.az xəbər verir ki, Rusiyanın Orenburq şəhərində "Donguz" qatar stansiyasında hərbi sursat partlayıb. Hərbi sınaq sahəsində meydana gələn partlayış 40 vaqon sursat yüklənmiş qatarı da alovlandırıb.Təkrar olaraq yaşanan çox güclü partlayışlar bütün bölgəni əhatə edən duman buludu meydana gətirib, ətrafda olan iki qəsəbədən minlərlə nəfər evakuasiya edilib. Rusiya Fövqəladə Hallar Nazirliyi verdiyi şərhdə, "Donguz qəsəbəsi qismən azad edilib. Sol-Lipetsk şose yolu bağlanıb. Daxili İşlər Nazirliyi bölgədə hərbi birliklərin fəaliyyətə başladığını, yanğının nəzarət altına alındığını bildirib.