news Image
2012.10.09
17:20
| A A A
Daha bir terror hadisəsi

Movqe.az xəbər verir ki, Pakistanın Əfqanıstan sərhədindəki Xeybər tayfalar bölgəsində avtobusa təşkil edilən terror hücumunda dörd nəfər ölüb. Təhlükəsizlik səlahiyyətliləri, Hayberin Land Kotal qəsəbəsində təşkil edilən terror hücumunda yaralılar olduğunu, bölgəyə təcili yardım və təhlükəsizlik qruplarının sövq edildiyini bildirib. Hücumun məsuliyyətini hələ boynuna götürən  olmayıb.Pakistanda Əfqanıstan sərhədinə yaxın bölgələrdə, ümumiyyətlə şiə kəndlərinə sərnişin daşıyan avtobuslara tez-tez hücumlar təşkil edilir.