Əlaqə Arxiv
news Image
2012.10.09
18:25
| A A A
50.000 hindli hara gedir?
Movqe.Az bildirir ki, Hindistanda ailələrinin torpaqları illər içində əllərindən alınan təxminən 50 min kəndli ötən çərşənbə paytaxt Dehlidə 350 kilometr cənubundakı Gvalior şəhərində toplanaraq öz deyimlərinə görə "Həcc səfərinə" başlayıblar. Paytaxta 3 həftə sonra çatması gözlənilən bu izdiham ölkənin qurucusu Mahatma Qandinin yolundan çıxaraq "istehlak və kapitalizmin" əsiri olduğunu düşünürlər. Buna görə də reaksiyalarını Qandi kimi hadisə çıxardarkən yalnız gedərək göstərirlər.

Xatırladaq ki, 1947-ci ildə müstəqillik qazanan Hindistanda bu tarixdən bəri təxminən 100 min kənd xəritədən silinib. Kəndlərin yaxınlığındakı meşələr və ya altındakı mədənlər sənaye müəssisələri tərəfindən talan edilməyə başlayıb. 1.2 milyardlıq əhaliyə sahib Hindistanda əhəmiyyətli bir seqmentin ərazi alacaq maddi vəziyyəti yoxdur.

Bu səbəblə kəndlilər ailələrinin nəsildən qalan torpaqlarında haqqlarını iddia edə bilmirlər. "İşğal etdikləri" səbəbiylə evlərindən çıxarılan kəndlilərə dövlət də kömək etmir. Yürüyüşü təşkil edən məşhur hindli aktivist PV Rajagopal "Məqsədimiz yalnız torpaq əldə etmək deyil. Bu ölkənin doğru yolda irəliləməsinə kömək etmək istəyirik" deyib.

Sizin Reklam Yeriniz