news Image
2012.10.11
16:09
| A A A
Bill Qeyts geri dönməyəcək

Movqe.az xəbər verir ki, 2008-ci ildə ABŞ proqram nəhəngi "Microsoft"dakı fəal vəzifəsindən ayrılan şirkətin qurucusu Bill Qeyts geri dönməyə niyyəti olmadığını söyləyib.Qeyts şirkətdən sıxıldığı üçün ayrılmadığını, artıq ictimai maraqlar üçün çalışmasının daha uyğun olduğunu düşündüyünü söyləyib.Qeyts 2000-ci ilə qədər şirkətin icraçı direktoru olaraq vəzifəsini yerinə yetirdikdən sonra 2008-ci ilə qədər də müxtəlif inzibati vəzifələri boynuna götürmüşdü. 2000-ci ildə "Bill & Melinda Gates" təşkilatını açan Qeyts bu təşkilat vasitə ilə ictimai maraqlar naminə yoxsulluğa qarşı mübarizə etməyə başlamışdı.