news Image
2012.10.12
10:34
| A A A
Azərbaycan zabitləri yol qəzasına düşüblər
Azərbaycan Ordusunun zabitləri yol qəzasına düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Bakı-Şamaxı yolunda, Pirəkəşkül qəsəbəsi ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabitləri – kapitan Elşən Əliyev, leytenant Yaşar Mütəllimov və kapitan Ceyhun Zeynalov taksidə gedərkən qəzaya düşüblər. Nəticədə taksinin sürücüsü və hər üç zabit ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Fakt bağlı araşdırma aparılır.