Əlaqə Arxiv
news Image
2012.04.15
16:02
| A A A
Bakı mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib
Azərbaycanın birinci xanımına “Birliyin ulduzları” dövlətlərarası mükafatı təqdim edilib

"Biz humanitar əməkdaşlıq dialoqa dəstək verməyə hazır olduğumuzu hər zaman bəyan etmişik. Hazırda ölkəmiz Bakı şəhəri mədəniyyətlərarası dialoqun mərkəzlərindən birinə çevrilib. Buna misal kimi, Bakıda hər il müxtəlif mövzulara həsr olunmuş beynəlxalq konfransların keçirilməsini göstərmək olar". Bu barədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nunxoşməramlı səfiri Mehriban Əliyeva dövlətlərarası "Birliyin ulduzları" mükafatının təqdimetmə mərasimində çıxışı zamanı bildirib.

Mehriban Əliyeva ona mükafatın təqdim olunmasının Azərbaycanın müxtəlif sahələr üzrə əldə etdiyi nailiyyətlərə ayrılan diqqət kimi qiymətləndirdiyini söyləyib.

O vurğulayıb: "Azərbaycan Avrasiyanın mərkəzində yerləşir artıq yüzilliklərdir ki, özündə çoxsaylı mədəniyyət sivilizasiyaların izlərini daşıyır".

Onun sözlərinə görə, ötən il Bakıda keçirilmiş I Rusiya-Azərbaycan humanitar forumu, hər il keçirilən beynəlxalq foruma çevrilib. Fikrimcə, yaranmış problemləri aradan qaldırmaq yalnız ümumibəşəri dəyərlərə əsaslanmaqla mümkün olar. Təhsil, elm mədəniyyət sahəsində irimiqyaslı layihələr, həmçinin iqtisadi əlaqələrin möhkəmləndirilməsi ölkələrimizin sülh çiçəklənməsinə xidmət edir.

Mehriban Əliyevaya mükafatın təqdimetmə mərasimi Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçirilib.

Mərasimdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, baş nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı fövqəladə səlahiyyətli səfiri Polad Bülbüloğlu MDB ölkələrinin nüfuzlu, vəzifəli şəxsləri iştirak ediblər.

MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunan "Birliyin ulduzları" mükafatını Mehriban Əliyevaya Sergey Narışkin təqdim edib.

Mərasimi giriş sözü ilə açan Sergey Narışkin MDB məkanında humanitar mədəniyyətlərarası əməkdaşlığın vacibliyindən danışıb. "Birliyin ulduzları" mükafatına layiq görülənlərin bu sahədə böyük əməyi olduğunu söyləyən S.Narışkin Mehriban Əliyevanın təhsil, sosial, mədəniyyət, humanitar sahədə, xüsusilə MDB ölkələrinin xalqlarının inteqrasiya prosesinə verdiyi töhfələrin çox böyük olduğunu bildirib.

Mehriban Əliyeva çıxışında ona verilən mükafatı Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlara verilən diqqət hörmət kimi qəbul etdiyini söyləyib.

Qeyd edək ki, "Birliyin ulduzları" dövlətlərarası mükafatı hər il elm təhsil, mədəniyyət incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur.

Sizin Reklam Yeriniz