Əlaqə Arxiv
news Image
2012.10.12
19:02
| A A A
Pizza seçimini soruşana 30 il pulsuz pizza
Movqe.Az bildirir ki, ABŞ-da noyabrın 6-sı keçiriləcək prezident seçkilərindən əvvəl sorğularda baş-başa gedən demokratların namizədi Barak Obama ilə respublikaçı rəqibi Mit Romninin yarışında pizza qalmaqalı baş verir. Beynəlxalq "fast food" zənciri "Pizza Hut", başçı namizədlərin 16 oktyabrda aparacağı ikinci teledebatında Obama və Romniyə pizza seçimlərini soruşana 30 il ərzində pulsuz pizza verəcəklərini açıqlayıb. Prezident namizədlərinə pizza seçimini soruşan adam istəsə 30 il pulsuz pizza yemək yerinə 15 min dollar pul mükafatını da ala biləcək. Məşhur şirkətin bu kampaniyası eyni zamanda tənqidlərə də səbəb oldu. Bu sualın əvəzinə, iqtisadiyyat, işsizlik, sağlamlıq islahatları və xarici siyasət kimi əhəmiyyətli mövzuların danışılması lazım olduğunu müdafiə edənlər, pizza sualının teledebatın keyfiyyətini aşağı salacağını söyləyirlər. Həmin an qatı qaydaların pizza sualına mane olacağını müdafiə edənlər də var. Ancaq bu, qrupa 1994-cü ildə dövrün başçı namizədi Bil Klintona "nə cür alt paltar geyinirsiniz" sualını xatırladır. Digər tərəfdən, milyoner iş adamı  Devid Siegelin də 7 min işçisinə "Obamaya səs versələr işdən çıxarılacaqlarını" söyləməsi də başqa bir müzakirəyə səbəb olub.
Sizin Reklam Yeriniz