news Image
2012.10.13
13:51
| A A A
Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Oktyabrın 15-16-da Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması oktyabrın 15-də Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 20-ci iclası, oktyabrın 16-da isə Zirvə Toplantısı ilə əlaqədardır.
Belə ki, iki gün ərzində paytaxtın Heydər Əliyev, Neftçilər, Bülbül, İnşaatçılar prospektlərində, Yusif Səfərov, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Niyazi, İstiqlaliyyət, Rəşid Behbudov, 28 May, Bakıxanov, Koroğlu Rəhimov küçələrində, eləcə də "Azneft meydanı" və "Qələbə meydanı" istiqamətinə şəxsi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
İdarə sürücü və avtomobil sahiblərini qeyd olunan küçə və prospektlər istiqamətində şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə, ictimai nəqliyyat vasitələrinə üstünlük verməyə çağırır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs