news Image
2012.10.15
17:00
| A A A
Məsciddən çıxarkən öldürüldülər
Movqe.Az bildirir ki, Nigeriyanın şimalındakı Dogon Dava kəndində silahlı şəxslərin təşkil etdiyi hücumda 24 nəfər həlak olub. Yerli səlahiyyətlilər, dünən kəndi qarət edən 50 nəfər silahlı adamın təşkil etdiyi hücumda ölənlərdən çoxunun məsciddən çıxanlar olduğunu bildiriblər. Təcavüzkarların şəxsiyyətilə bağlı dəqiq məlumat əldə edilməsə də, xalq bu kəslərin Zamfara bölgəsindən oğurluq məqsədiylə kəndlərə gəldiyini söyləyir. Axır vaxtlar, bölgədəki torpaq sahibləri ilə köçəri qruplar arasında bu cür şiddət hadisələrinin artdığı bildirilir. Bundan əvvəl verilən məlumata görə, hücumda 12 adamın həlak olub.