Əlaqə Arxiv
news Image
2012.10.15
17:15
| A A A
İslamı təhqir etdi

Movqe.az xəbər verir ki, İsveç in cənubunda olan Skon 25 metr yüksəklikdəki NİMİS qülləsi şəxsiyyəti naməlum şəxslər tərəfindən azanın oxunduğu minarəyə çevrilib.İsveç Radiosunun xəbərinə görə, şəxsiyyətlərini gizli saxlayan, "İfadə Azadlığının Ruhu" deyə özlərini adlandıran bir qrup sənətçi, video paylaşma saytı "YouTube"yə qoyduqları görüntülərdə qüllənin təpəsinə yerləşdirdikləri qurğu sayəsində azanın oxunmasını təmin edib. Qülləyə yerləşdirdiyi səs nizamı sayəsində bölgədəkilərə azanı dinlədən şəxsiyyəti naməlum saxlanan  şəxs görüntülərdə "Çoxmədəniyyətli bir cəmiyyətdə hər kəsin inam və düşüncəsinə hörmət olunmalıdır" ifadələrini bildirib.Videonu izləyən Lars Vilks isə, tətbiqin və düşüncənin çox ağıllı və yaxşı olduğunu söyləyərək, səs nizamını qüllədən çıxarmağı düşünmədiyini, bu layihənin qalıcı ola biləcəyini söyləyib.Xatırladaq ki, Lars Vilks düzəltdiyi heykəl və çəkdiyi karikaturalar ilə İslam dünyasının diqqətini çəkmişdi. Vilksin aldığı ölüm təhdidləri səbəbiylə polis qoruması altında olduğu ifadə edilib. Vilksin NİMİS adlı heykəlini isə 1982-ci ildə inşa etdiyi bildirilib.






Sizin Reklam Yeriniz