news Image
2012.10.16
15:40
| A A A
Rusiyada 3,5 milyon qanunsuz immiqrant var

Movqe.az xəbər verir ki,  Rusiya Federal İmmiqrant Xidməti sədr müavini Yekaterina Yeqorova ölkədə təxminən 3,5 milyon qaçaq immiqrantın yaşadığını açıqlayıb. Qanunsuz immiqrant əhalinin ümumi olaraq hesaba alınmasının çətinliyinə çətinliyə diqqət çəkən Rus rəsmisi "Bizim əlimizdəki məlumatlara görə qanunsuz immiqrant əhalinin sayı 3 milyonla 5 milyon arasında mövsümi olaraq dəyişir. Orta hesabla 3,5 milyon deyə bilərik" söyləyib. Hər il Rusiyaya təxminən 10-12 milyon xarici gəldiyini ifadə edən Yeqorova, "Çox fərqli məqsədlərlə gəlirlər. Bir qismi təhsil üçün, bir qismi iş, üçün bir qisimi də işləmək üçün gəlir" deyə əlavə edib. Xatırladaq ki, Rusiyaya gələn immiqrantların əhəmiyyətli bir qisimi viza tətbiqi olmayan müstəqil dövlətlər birliyi ölkələrindən gəlir.